Paşha Bank
Bank Of Baku

ABŞ sakinlərinə sistem yeniləmələri zamanı potensial fasilələr barədə xəbərdarlıq edilib

ABŞ sakinlərinə sistem yeniləmələri zamanı potensial fasilələr barədə xəbərdarlıq edilib
# 22 noyabr 2026 22:11 (UTC +04:00)

"ABŞ vətəndaşları elektron sistemlərin genişmiqyaslı yenilənməsi zamanı texniki nasazlıqlara hazır olmalıdırlar".

APA xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat direktoru Cey Kleyton CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sistemlərin modernləşdirilməsi və kibertəhlükəsizliyin gücləndirilməsi böyük investisiyalar tələb edir və bu prosesdə gözlənilməz problemlər yarana bilər.

Qeyd edək ki, son günlər ABŞ-da bir sıra ciddi texniki nasazlıqlar qeydə alınıb. Ötən həftə hava hərəkətini idarəetmə mərkəzlərindəki rabitə problemi səbəbilə ölkə üzrə uçuşlar dörd saatdan çox dayandırılıb.

Həmçinin “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” sistemlərində də genişmiqyaslı fasilələr yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR