Bank Of Baku

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib
# 22 noyabr 2026 14:02 (UTC +04:00)

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.

Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.

Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR