Bank Of Baku

Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700-ə yaxın PUA və 165 raket atıb

Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700-ə yaxın PUA və 165 raket atıb
# 22 noyabr 2026 13:32 (UTC +04:00)

Rusiya son bir həftə ərzində Ukraynanın 20 regionuna zərbələr endirib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri həftə ərzində Ukrayna ərazisinə 2700-ə yaxın pilotsuz uçuş aparatı (PUA), təxminən 1460 idarəolunan aviasiya bombası və müxtəlif tipli 165 raket atıb.

Zelenski bildirib ki, raketlərin əhəmiyyətli hissəsi ballistik raketlər, o cümlədən Şimali Koreya istehsalı olan raketlərdir.

Ukrayna Prezidenti Rusiyanın Pxenyana həmin raketlərin dəqiqliyini artırmaq üçün kömək etdiyini iddia edib.

O, həmçinin Kiyev vilayətinin Dımer qəsəbəsində Rusiyanın dron hücumu nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsinin dağıldığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, hadisə yerindən 9 nəfər təxliyə edilib, yanğın lokallaşdırılıb. Daha 14 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb və onların dağıntılar altında qala biləcəyi ehtimal edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Ukrayna lideri Zaporojyedə yaşayış binalarına endirilən aviasiya zərbələri nəticəsində bir uşağın da yaralandığını bildirib.

Zelenski Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə çağırış edərək ABŞ-dən PURL proqramı çərçivəsində tərəfdaş ölkələr tərəfindən maliyyələşdirilmiş “Patriot” raketlərinin təhvil verilməsinə icazə verilməsini istəyib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR