Multikulturalizm Mərkəzi kitabça nəşr edib - FOTO

Multikulturalizm Mərkəzi kitabça nəşr edib - <span style="color: red;">FOTO
# 07 aprel 2015 10:08 (UTC +04:00)

Bakı-APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I Virtual Dəyirmi masa materiallarının kitabçasını nəşr edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub.

Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında düzənlənən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. Dəyirmi masanın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Paraiba Dövlət Universitetinin professor (Braziliya) Sudha Svarnakar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya), memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatlatrı kafedrasının müdiri, professor Aleksandr Nesterov, Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti (Almaniya), professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert (İsrail) Arye Qut, politoloq və naşir (İtaliya) Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov olub. Kitabçada virtual dəyirmi masa iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb.

Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Əlikram Abdullayevin rəyləri yer alıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov deyib ki, kitabça ”Azərbaycan multikulturalizmi” fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR