ABŞ Ukraynanın şərqində vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib

ABŞ Ukraynanın şərqində vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib
# 03 iyun 2015 21:12 (UTC +04:00)

Bakı-APA. ABŞ Ukraynanın şərqində vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.

“Biz rusiyameyyli separatçıların Donetsk, Luqansk, Maryinka və Peski yaşayış məntəqələrində Ukrayna ordusunun mövqelərinə hücumlarından narahatıq. Vəziyyətin gərginləşməsi və atəşkəsin pozulmasına görə məsuliyyət Rusiyanın üzərində düşür”, deyə M.Harf bildirib.

Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR