Azərbaycanın müxtəlif rayonlarında torpaq ekspedisiyası aparılıb

Azərbaycanın müxtəlif rayonlarında torpaq ekspedisiyası aparılıb
# 22 avqust 2014 08:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Böyük Qafqazın Cənub yamacında (Zaqatala rayonu) torpaq tədqiqatları aparıblar. İnstitutdan APA-ya verilən məlumata görə, 15 gün davam edən ekspedisiyada əsas məqsəd Böyük Qafqazın Cənub yamaclarında torpaqların müasir vəziyyətini, onların morfogenetik dioqnostikasını müəyyən etmək, deqradasiya proseslərini öyrənmək və xəritələşdirmək olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qoşqar Məmmədovun rəhbərliyi ilə Quba-Xaçmaz zonasına, institutun Torpaq örtüyünün strukturasi labora toriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənovun rəhbərliyi ilə Kür çayı subasarı – Ağdaş, Bərdə, Tovuz rayonlarına, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədovun rəhbərliyi ilə isə Ağsu, Kürdəmir və İsmayıllı rayonuna da elmi ekspedisiyalar təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR