ABŞ səfiri: “Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edir, burda qəbahət yoxdu"

ABŞ səfiri: “Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edir, burda qəbahət yoxdu"
# 10 may 2015 10:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ və dünyanın digər ölkələri üçün insan haqları məsələsi önəmlidir.

O, Azərbaycanda keçiriləcək Avropa Oyunlarını dəstəklədiyini qeyd edib: “Öncə ABŞ insanlar arasında körpü qurmaq, onları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir. ABŞ Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara münasibət bildirən diplomat həmsədrlərin bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb.

"Hər iki ölkənin xarici işlər nazirləri ilə görüşlərdə bu il ərzində iki ölkənin prezidentləri arasında görüşün təşkili məsələsi müzakirə olunub", - deyə diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR