Bakıda təqaüddə olan hərbçi 15-ci mərtəbədən düşərək ölüb

Bakıda təqaüddə olan hərbçi 15-ci mərtəbədən düşərək ölüb
# 12 mart 2013 15:40 (UTC +04:00)

Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün rayonun Mirəli Qaşqay küçəsi-28 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1951-ci il təvəllüdlü Elman Şirin oğlu Fətəliyev yaşadığı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, E. Fətəliyev antenanı düzəltmək istəyərkən yıxılıb. Onun təqaüddə olan hərbçi olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR