İmişlidə 80 mindən çox iribuynuzlu heyvan “nodulyar dermatit”ə qarşı vaksinasiya edilib

İmişlidə 80 mindən çox iribuynuzlu heyvan “nodulyar dermatit”ə qarşı vaksinasiya edilib
# 16 aprel 2015 10:36 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə vaksinasiya və profilaktik tədbirlər həyata keçirilir.

İmişli Rayon Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu günə kimi İmişli rayonu ərazisində 50 yaşayış məntəqəsini əhatə edən təsərrüfatlarda olan 93 min baş iribuynuzlu heyvandan 80 mindən çoxu “nodulyar dermatit”ə qarşı peyvəndlənib. Bununla yanaşı, digər yoluxucu xəstəliklərə qarşı da profilaktik və müalicə tədbirləri görülür.

Eyni zamanda 8252 baş heyvandan brusellyoza qarşı qan nümunəsi götürülüb. 85 min baş iribuynuzluda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlər həyata keçirilib. Həmçinin quşlarda taun əleyhinə, itlərdə isə quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb.

Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR