Rusiya İsrailin Suriyaya zərbə endirməsini sərt şəkildə pisləyib

Rusiya İsrailin Suriyaya zərbə endirməsini sərt şəkildə pisləyib
# 31 yanvar 2013 13:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq yaxınlığında obyektlərə zərbə endirməsi xəbəri Moskvada dərin təəssüf hissi ilə qarşılandı”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib.

“Əgər bu məlumat təsdiqlənsə, o zaman biz suveren dövlətin ərazisindəki hədəflərə qanunsuz zərbələr endirilməsi faktı ilə üz-üzə qalmış olacağıq. Bu isə BMT-nin Nizamnaməsinin pozulması deməkdir və motivindən asılı olmayaraq belə addıma haqq qazandırmaq olmaz. Hazırda vəziyyətin bütün detallarının aydınlaşdırılması üçün təcili tədbirlər görülür. Yenidən Suriyada zorakılığı dayandırmağa, xaricdə heç bir müdaxilə etməməyə və Cenevrə razılaşmalarına uyğun olaraq dialoqa başlamağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR