ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycanın bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycanın bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüşüb
# 17 aprel 2013 14:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ diplomatları Azərbaycandakı siyasi vəziyyətlə maraqlanıb və bu məsələyə dair müzakirə aparılıb. Görüşdə eyni zamanda Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər də müzakirə olunub.

Görüşdə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və REAL hərəkatının həmsədri Erkin Qədirli iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR