ADNA-da hicablı tələbələrin dərsə buraxılmasına icazə verilib - YENİLƏNİB

ADNA-da hicablı tələbələrin dərsə buraxılmasına icazə verilib - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2013 09:18 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov məlumat verib. O bildirib ki, saqqallı oğlan tələbələr isə dərsə buraxılmayıb.

Q. Məmmədovun sözlərinə görə, istər tələbələrin, istərsə də müəllimlərin xarici görkəmi səliqəli olmalıdır: “Hansısa tələbə müəyyən yasla bağlı saqqal saxlayırsa, buna bir söz demirik. Amma sırf uzun saqqallılar bu vaxta kimi dərsə buraxılmayıb, bundan sonra da buraxılmayacaq. Hicablı qızlara gəlincə, onların əksəriyyəti IV kurs tələbəsidir, təhsillərində problem yaranmaması üçün dekanlar məsuliyyəti öz üzərlərinə götürüblər ki, bu qızlar institut daxilində dini təbliğatla məşğul olmayacaqlar. Bunları nəzərə alaraq, hicablı tələbələr dərsə buraxılıblar”.

Hicablı tələbələrin ali məktəbə buraxılmaması barədə qayda 2011-ci mayında təsdiqlənsə də, dünəndən tətbiq olunmağa başlayıb. Bununla bağlı prorektor qeyd edib ki, bu vaxta kimi tələbələrin üzərinə məsuliyyətlər qoyulurdu: “İki ildir izahat işləri aparırdıq, çalışırdıq tələbələrə başa salaq ki, hicabı sərhəd kimi qəbul etməsinlər. Guya onlar daha tərbiyəlidir, hicabsızlar daha tərbiyəsizdir? Çalışırıq ki, tələbələr bu məsələni özləri dərk edib, özləri qərar versinlər. Onların müəyyən hərəkətləri bizi narahat etdiyinə görə, hicablı tələbələrin üzərinə daha ciddi məsuliyyət qoymuşuq. Onlar öz hərəkətlərini ölçüb-biçməlidir. Bu gün universitetdə 8-10 nəfər hicablı tələbə var. Onların da hər biri dekanlar məsuliyyəti altında dərsə buraxılıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR