Filippində sərnişin bərəsi aşıb: 36 nəfər ölüb, 19 nəfər itkin düşüb

Filippində sərnişin bərəsi aşıb: 36 nəfər ölüb, 19 nəfər itkin düşüb
# 02 iyul 2015 10:25 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Filippində göyərtəsində 173 sərnişin və ekipaj üzvü olan “Kim Nirvana” bərəsi çevrilib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 36 nəfər həlak olub, 19 nəfər itkin düşüb.

Sahil Xilasetmə Xidməti əməkdaşının sözlərinə görə, 118 nəfər xilas edilib. İtkin düşmüş insanların axtarışı üzrə əməliyyat aparılır.

Məlumata görə, gəmi hərəkətə başlayandan bir neçə dəqiqə sonra çevrilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR