Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 29 oktyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Sabunçu, saat 15:00-dək Nərimanov, saat 16:00-dək Xətai, saat 18:00-dək Lənkəran, Ağstafa, Tovuz, Masallı, Xaçmaz, Siyəzən, Samux və Yasamal, işlər başa çatanadək isə Xəzər, Gədəbəy və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR