Ukrayna Millətlər Assambleyası “1+1” telekanalının Dağlıq Qarabağ münaqişəsi haqqında qeyri-obyektiv proqram hazırlamasına etirazını bildirib

Ukrayna Millətlər Assambleyası “1+1” telekanalının Dağlıq Qarabağ münaqişəsi haqqında qeyri-obyektiv proqram hazırlamasına etirazını bildirib
# 02 dekabr 2014 08:59 (UTC +04:00)

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, assambleyada cəmləşən azərbaycanlıları, yəhudiləri, tatarları, qaqauzları, gürcüləri, moldovanları, polyakları, latışları, özbəkləri, türkmənləri, qırğızları, qazaxları, rusları və Şimali Qafqaz xalqlarını təmsil edən təşkilatlar adından ünvanlanan məktubda bu hadisə ciddi pislənilib və proqramın separatizmi təbliğ etdiyi vurğulanaraq ölkədə yaşayan xalqların bundan narahat olduqları bəyan edilib.

Məktubda deyilir ki, Ukraynada yaşayan azsaylı xalqlar “1 +1” telekanalının “15 respublika” adlı verilişində Dağlıq Qarabağ münaqişəsi haqqında faktların təhrif olunması və Azərbaycan Respublikasının imicinin neqativ şəkildə əks etdirilməsi separatizm qurbanı olan ölkənin vətəndaşları kimi onları ciddi narahat edir: “Vətəndaşı olduğumuz ölkənin jurnalistlərinin separatçı rejimlə işbirliyi, belə bir rejimi dəstəkləmələri hazırda Ukraynada aparılan separatizmə qarşı mübarizə ilə bir araya sığımır. Bu, Ukraynada yaşayan etnik qruplar üçün də ciddi narahatlıq doğurur. Biz Ukrayna rəhbərliyindən və KİV rəhbərlərindən bir daha belə hala yol verilməməsi üçün təminat istəyirik və buna birdəfəlik son qoyulmasını tələb edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR