Türkiyə Prezidenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Türkiyə Prezidenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
# 25 fevral 2015 17:55 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.

Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, - deyə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR