Ukrayna üzrə təmas qrupunun növbəti görüşü Minskdə keçiriləcək

Ukrayna üzrə təmas qrupunun növbəti görüşü Minskdə keçiriləcək
# 26 avqust 2015 02:58 (UTC +04:00)

Bakı-APA. Ukraynadakı vəziyyətin nizamlanması üzrə təmas qrupunun və onun işçi altqruplarının növbəti danışıqlar raundu bu gün Minskdə keçiriləcək. APA-nın “RİA Novosti” danışıqların əsas mövzusu dəyişilməz olaraq qalmaqdadır: Donbasda 100 mm-dən az çaplı silahların geri çəkilməsini nəzərdə tutan sənədin razılaşdırılması.

Qeyd edək ki, avqustun 3-də baş tutmuş əvvəlki görüşdə tərəflər 12 saatdan çox silahların geri çəkilməsini nəzərdə tutan sənədi müzakirə edib, lakin onun paraflanmasına nail ola bilməyiblər. Növbəti gün avqustun 4-də tərəflər müzakirələri yenə davam etdiriblər, görüşün yenə 12 saat davam etdirilməsinə baxmayaraq tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, təmas qrupunun müzakirə etdiyi əsas məsələlər Donbasda 100 mm və daha az çaplı silahların geri çəkilməsi, konstitusiya islahatı, Donbasın xüsusi statusu və yerli seçkilərin keçirilməsi, həmçinin əsirlərin müdaxiləsi və infrastrukturun bərpasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR