Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Noyabr - <span style="color: red;">VİDEO
# 14 noyabr 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Kriminal xəbərlər cəmiyyətin reflekslərini korşaldır. Qeyri-adi görünən cinayətlərin artıq adiləşməsi, hər biri bir filmə ssenari ola biləcək kriminal hadisələrin artması bunun nəticəsidir. Media üçün qəzalar, bıçaqlanma, qətl, oğurluq, qarət kimi hadisələrlə bağlı verilən xəbərlərin mahiyyəti “ibrəti-millət” prinsipindən kənara çıxmamalıdır. Bu xəbərləri ucuz reytinq hesabına yayımlamaq, bəzən xəbər siyasətinin ana xəttinə çevirmək ən böyük yanlışdır. Və bu yanlışın əvəzini bir gün bizlər də ödəyə bilərik. Məsələn, Norveçdə nadir hallarda kriminal hadisə baş verir və ölkə mediası ən az bir ay bu hadisəni necə deyərlər ən xırda təfərrüatlarına kimi xırdalayır. Məqsəd cəmiyyətin belə hadisələrə reaksiyasını artırmaq, cinayətə meyl edən insanları, lap elə avtoşları ictimai qınaq obyektinə çevirməkdir. Biz niyə bunu etmirik, yaxud edə bilmirik? Gəlin reflekslərimizi kütləşdirməyək, o zaman kriminal hadisələrin sayının azalmasına biz də öz töhfəmizi vermiş olarıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR