Əli Həsənov seçkini izləmək istəyən xarici KİV-ə akkreditasiyadan keçməyi tövsiyə edib

Əli Həsənov seçkini izləmək istəyən xarici KİV-ə akkreditasiyadan keçməyi tövsiyə edib
# 02 oktyabr 2015 09:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir:

Mətnin xülasəsi
“Azərbaycanda bu və ya digər fəaliyyəti həyata keçirmək üçün hüquqi normaları yerinə yetirmək lazımdır"

. Azərbaycanda bütün xarici KİV-in fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq qeydiyyatdan keçirməlidir. Mətbuatımızın da bunu nəzərə çatdırması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR