SABAH qruplarına 738 tələbə qəbul olunub

SABAH qruplarına 738 tələbə qəbul olunub
# 16 avqust 2014 07:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.

SABAH qruplarına test imtahanı iyulun 6-da Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.

Qeyd edək ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Musabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR