Bakıda idarəetmədən çıxan BMW üç avtomobilə çırpılıb - FOTO

Bakıda idarəetmədən çıxan BMW üç avtomobilə çırpılıb - <span style="color: red;">FOTO
# 03 avqust 2014 11:42 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA. Bakıda zəncirvarı yol qəzası baş verib.

APA-nın məlumatına görə, avqustun 3-də Bakının Bakıxanov küçəsində 90 VM 309 dövlət nömrə nişanlı, BMW markalı avtomobil idarəetməni itirərək, “Nissan Altima”, “VAZ 2107” və “Tofash” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində BMW-də olan sərnişin xəsarət alıb.

Maşınların hamısına ciddi ziyan dəyib.

Polis əməkdaşları yolda tıxac yaranmaması üçün lazımi tədbirlər görürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR