Co Bayden: “Günahkarları cəhənnəmin qapılarına qədər qovacağıq”

Co Bayden: “Günahkarları cəhənnəmin qapılarına qədər qovacağıq”
# 04 sentyabr 2014 12:45 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Günahkarları cəhənnəmin qapılarına qədər qovacağıq”. APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden amerikalı jurnalist Stiven Sotloffun “İŞİD” tərəfindən edam edilməsinə münasibət bildirərkən deyib. Vitse-prezident Yaxın Şərqdən izi silinməyənə qədər “İŞİD”dən əl çəkməyəcəklərini bildirib.

“Amerika vətəndaşları zərər çəkdikdə biz heç vaxt geri addım atmarıq. Bunu unutmarıq və zərər çəkmiş vətəndaşlarımızı qoruyarıq. Günahkarları isə cəhənnəmin qapılarına qədər qovarıq”, - deyə o, vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR