Masallıda çayın məcradan çıxması nəticəsində torpaq sahələri su altında qalıb

Masallıda çayın məcradan çıxması nəticəsində torpaq sahələri su altında qalıb
# 25 noyabr 2014 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Masallı rayonunda çay məcrasından çıxıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışlar nəticəsində Masallı rayonunun Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxıb. Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR