Komitə sədri: “Azərbaycanda yalnız 7 müəssisəyə “halal” sertifikatı verilib”

Komitə sədri: “Azərbaycanda yalnız 7 müəssisəyə “halal” sertifikatı verilib”
# 24 dekabr 2014 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda son zamanlar “halal” sertifikatı adı ilə halal olmayan məhsullar istehsal olunur.

Bu barədə “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, bu prosesin monitorinqi mütəmadi olaraq davam etdirilir.

“Müəssisələrin xəbəri olmadan belə, biz onların məhsullarını alırıq, monitorinq aparırıq. Bu gün 30-dan çox müəssisə “halal” sertifikatı almaq üçün komitəyə müraciət edib, ancaq onlardan yalnız 7-nə “halal” standartı adı ilə məhsul istehsal etməyə sertifikat verilib. Bu monitorinqin məqsədi Azərbaycanda əhalinin “halal” standartı ilə buraxılan məhsullara inamını yaratmaqdır”, - deyə R. Həsənov qeyd edib .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR