“Gəncəbank” I rübdə aktivlərini artırıb

“Gəncəbank” I rübdə aktivlərini artırıb
# 27 may 2015 08:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Gəncəbank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 132,524 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,79% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15,62% artaraq 114,004 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 698,75 min manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 53,91% azdır.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 22,289 mln. manat olub ki, bu da bir il əvvəl ilə müqayisədə 10,31% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 25,017 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 17,6 dəfə çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 19,3% azalaraq 5,386 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 343 min manata bərabər olub ki, bu da illik müqayisədə 67,85% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 2,84% azalaraq 50,129 mln. manat təşkil edib, bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 5,2 dəfə azalaraq 1,497 mln. manat, xərcləri isə 1,4 dəfə azalaraq 4,971 mln. manata çatıb.

Cari ilin ilk üç ayını bank 3,475 mln. manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 3 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR