Bakı. Hafiz Heydərov - APA. Xətai rayonunda naməlum kişi meyiti aşkarlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 6-da Xətai rayonunun M. Mehdizadə küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.