APA-nın məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsində araşdırma aparılır.