İyulun 1-dən metronun “20 Yanvar” stansiyasının I vestibülü müvəqqəti bağlanacaq

İyulun 1-dən metronun “20 Yanvar” stansiyasının I vestibülü müvəqqəti bağlanacaq
# 29 iyun 2016 08:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Metronun “20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar “20 Yanvar” stansiyasının I vestibülü bu ilin iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Qeyd edilir ki, I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR