Samux rayon sakinini ilan sancıb

Samux rayon sakinini ilan sancıb
# 31 may 2016 18:05 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Elcan Tağıyev özünə məxsus həyətyanı sahədə işləyərkən ilan onun sol əlindən sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR