“AGBank” aktivlərini artırıb

“AGBank” aktivlərini artırıb
# 29 oktyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AGBank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 506,707 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,41% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin 9 ayı ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 18,57% artaraq 376,470 mln. manat olub.

Bu dövrdə istehlak kreditlərinin həcmi 140,352 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 7,72% çoxdur.

Cari ilin III rübünə bankın avtomobil kreditlərinin cəmi 11,304 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 31,51% azdır.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 60,045 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1,48% azdır və kreditlərin 47,225 mln. (78,65%) manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 22,86% artaraq 47,950 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrünə 19,24 % artaraq 299,131 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 233,004 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,57% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 3,79% artaraq 52,854 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 25 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 20,45% artaraq 51,522 mln. manat, xərcləri isə 18,08% artaraq 43,235 mln. manata çatıb.

Son hesabat dövrünə bankın əldə etdiyi mənfəət 4,925 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 18 filialı, 71 bankomatı, 2 998 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR