Tanışını öldürmək istəyən şəxsə hökm oxunub

Tanışını öldürmək istəyən şəxsə hökm oxunub
# 05 may 2015 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, C. Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C. Məmmədov mübahisə zəminində Qəzəlxan Mirzəyev adlı tanışını bıçaqlayaraq öldürmək istəyib. Lakin həkimlərin səyi nəticəsində Q. Mirzəyevin həyatını qurtarmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR