Türkiyə prezidenti səhiyyə və tibb elmi sahəsində Azərbaycana lazımi dəstək verməyə hazır olduqlarını bildirib

Türkiyə prezidenti səhiyyə və tibb elmi sahəsində Azərbaycana lazımi dəstək verməyə hazır olduqlarını bildirib
# 21 may 2015 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərindəki yaşayış binasında insan tələfatına səbəb olan yanğınla əlaqədar başsağlığı mesajında Azərbaycana dəstək verməyə hazır olduqlarını bildirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, R. T. Ərdoğanın məktubunda tibb işçilərinin, xilasedicilərin fədakarlığı xüsusi vurğulanıb. O, Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi sahəsindəki birgə əməkdaşlıq layihəsi çərçivəsində Türkiyənin Azərbaycana lazımi dəstək verməyə hazır olduğu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR