ASB ilin birinci yarısını iri mənfəətlə başa vurub

ASB ilin birinci yarısını iri mənfəətlə başa vurub
# 15 iyul 2016 13:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azərbaycan Sənaye Bankı"nın (ASB) aktivlərinin həcmi 2016-cı ilin II rübündə 632,158 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,16% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 39,25% artaraq 223,104 mln. manat olub.

ASB-nin depozit portfeli hesabat dövrü ərzində 35,1% artaraq 366,744 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 329,409 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 68,77% çoxdur.

Cari ilin iyulun 1-nə bankın öhdəliklərinin həcmi 550,124 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 10,65% artaraq 82,034 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub.

Bank ilin birinci yarısını 4,5 mln. manatdan artıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR