ABŞ Təhlükəsizlik Şurası: Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb

ABŞ Təhlükəsizlik Şurası: Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb
# 24 iyun 2015 08:31 (UTC +04:00)

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, N. Prays bildirib ki, Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb.

Qeyd edək ki, “WikiLeaks” saytı ABŞ xüsusi xidmət orqanlarının Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyini sübut edən sənədlərə malik olduğunu iddia edib.

Buna baxmayaraq, F. Olland bu gün ölkənin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Ollandın ətrafına daxil olan mənbə “Bloomberg”ə açıqlamasında bildirib ki, Fransa Təhlükəsizlik Şurası yayılmış məlumatı qiymətləndirməli və müvafiq nəticələr çıxarmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR