Bakıda və Ağcabədidə ev yanıb

Bakıda və Ağcabədidə ev yanıb
# 11 iyul 2014 02:30 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Sabunçu rayonunda qəsəbə bələdiyyəsinə məxsus ərazidə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli binanın 1 otağında baş verib. Nəticədə otağın döşəməsi 25 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Ağcabədi rayonu, Poladlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə evin qamışdan ibarət dam örtüyü 50 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR