Dövlət müşaviri Kamal Abdullayev xarici QHT rəhbərləri ilə görüşüb - FOTO

Dövlət müşaviri Kamal Abdullayev xarici QHT rəhbərləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 may 2015 13:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xarici ölkələrin qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, K. Abdullayev qonaqlara Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələri, əsası Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən dövlət multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, qonaqları mərkəzlə əməkdaşlığa dəvət edib.

QHT rəhbərləri Azərbaycanı daha yaxından tanıdıqlarını söyləyərək burada yaşayan çoxsaylı etnik və milli qrupların birgə yaşayışlarından məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, görüşə qatılan 19 xarici ölkənin 30-dək qeyri-hökumət təşkilatının rəhbəri “Mədəni irsi qoruyaq - sülhlə gələcəyi təmin edək” devizi altında “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısının iştirakçılarıdır.

Kampaniyanın Azərbaycanda təşkilatçısı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR