XİN komissarı: "Almaniya ATƏT-in Minsk qrupunun fəaliyyətinə yardım edəcək"

XİN komissarı: "Almaniya ATƏT-in Minsk qrupunun fəaliyyətinə yardım edəcək"
# 29 oktyabr 2015 11:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “ATƏT-ə sədrlik etdiyi müddətdə Almaniya Minsk qrupunun fəaliyyətinə yardım edəcək”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Anreas Peşke Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryanla keçirdiyi görüşdə bildirib.

A. Peşke etimad və təhlükəsizliyə yönələn tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Ermənistan-Almaniya münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən, mədəniyyət, elm-təhsil, hərbi-siyasi, parlamentlərarası əməkdaşlıq sahəsində inkişafına dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ATƏT-ə sədrlik 2016-cı ilin yanvarın 1-dən etibarən Almaniyaya keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR