Avropa Komissiyasının  eksperti: “Avropa şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayələr yatırması bu ölkəyə marağın göstəricisidir”

Avropa Komissiyasının  eksperti: “Avropa şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayələr yatırması bu ölkəyə marağın göstəricisidir”
# 18 mart 2013 07:20 (UTC +04:00)

Paris. Fuad Qulubəyli-APA. “Azərbaycanla Avropa İttifaqı arasındakı ən mühüm məsələlərdən biri də enerji sahəsindəki əməkdaşlıqdır. Azərbaycan qazının Avropaya ötürülməsi üçün qaz kəmərinin çəkilməsi, “Şahdəniz-2” yatağının istismar edilib, qazın Avropaya ixrac edilməsi əsas məsələlərdəndir”. Bunu APA-ya açıqlamasında Avropa Komissiyasının enerji məsələləri üzrə eksperti Jan-Arnold Vinuan deyib.

Ekspert qeyd edib ki, Azərbaycan bu gün Avropa İttifaqı və ona qonşu ölkələrlə iqtisadi əməkdaşlığı inkişaf etdirir: “Buna misal olaraq Azərbaycanın İsveçrə, Rumınıya kimi ölkələrə sərmayə qoymasını göstərmək olar. Eyni zamanda Avropa şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayələr yatırması bu ölkəyə marağın göstəricisidir. Bu baxımdan Avropa ilə Azərbaycan arasında iqtisadi münasibətlər çox yaxşı səviyyədədir. Bu gün regionun digər ölkələri ilə müqayisədə Azərbaycanın belə sürətli inkişafını görmək bu ölkəyə marağı daha da artır”.

Jan-Arnold Vinuan qeyd edib ki, Azərbaycanın da Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olması sevindiricidir: “ Təkcə enerji deyil, digər sahələrdə də əməkdaşlığımız mövcuddur. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində digər iqtisadi və siyasi sahələrdə də əməkdaşlığının vacibliyini nəzərə almalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR