Mikroinsult keçirmiş Əlcəzair prezidenti müayinə üçün Parisə gətirilib

Mikroinsult keçirmiş Əlcəzair prezidenti müayinə üçün Parisə gətirilib
# 28 aprel 2013 03:19 (UTC +04:00)

Bakı-APA. Ötən gün mikroinsult keçirmiş 76 yaşlı Əlcəzair prezidenti Abdeləziz Buteflika müayinə üçün bu gecə Parisə gətirilib.

APA-nın məlumatına görə, bu barədə “Frans Press” Əlcəzair mətbuatına istinadən xəbər verir.

Bir qədər əvvəl Əlcəzair Milli Tibbi Mərkəzin rəhbəri bildirib ki, mikroinsultdan sonra dövlət başçısının səhhətində ciddi fəsadlar müşahidə olunmur və narahatçılığa heç bir əsas olmadığını qeyd edib.

Xatırladaq ki, Abdeləziz Buteflika 1999, 2004 və 2009-cu illərdə Əlcəzairin prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR