Paytaxtda sərxoş sürücünün törətdiyi qəza nəticəsində 3 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Paytaxtda sərxoş sürücünün törətdiyi qəza nəticəsində 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2014 04:52 (UTC +04:00)

APA-nın məlumatına görə, Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsində "VAZ 2107" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Cəlilabad rayon sakini Murtəza Həsənov sərt döngədə idarəetməni itirib. Nəticədə "VAZ 2107" yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.

Minik avtomobilində olan sürücü və iki sərnişin ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis əməkdaşları gəlib. Taksi fəaliyyəti ilə məşğul olan Murtəza Həsənov və sərnişinlərinin sərxoş olduğu bildirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR