Bali adasında təyyarənin dənizə düşməsi nəticəsində 50-dək insan xəsarət alıb

Bali adasında təyyarənin dənizə düşməsi nəticəsində 50-dək insan xəsarət alıb
# 13 aprel 2013 17:55 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Bali adasında sərnişin təyyarəsinin uğursuz enişi onun dənizə düşməsi ilə nəticələnib. Qəza nəticəsində 50-dək insan xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 7 nəfər heyət üzvü və əksəriyyəti Avstraliyadan gələn 101 sərnişin olub. Xoşbəxtlikdən, qəza nəticəsində ölən olmayıb.

Xəsarət alanlar xəstəxanalara aparılıb.

“Boeing-737” İndoneziyanın Lion Air aviaşirkətinə məxsusdur.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR