Smolensk yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb

Smolensk yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
# 01 may 2015 00:25 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Smolensk vilayətində, Velij – Nevel yolunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya DİN Smolensk vilayəti üzrə idarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Qureyeva bildirib.

Onun sözlərinə görə, Velij – Nevel yolunun Smolensk rayonunun Dubrovka kəndi ərazisindən keçən hissəsində “Hyundai Solaris” və “Mazda 3” toqquşub. Ölənlərin kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR