ABŞ dövlət katibi: “İslam dövləti”nə qarşı koalisiya yaratmalıyıq”

ABŞ dövlət katibi: “İslam dövləti”nə qarşı koalisiya yaratmalıyıq”
# 05 sentyabr 2014 15:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ dövlət katibi Con Kerri tərəfdaş ölkələri “İslam dövləti” qruplaşmasından gələn təhlükənin qarşısını almaq üçün beynəlxalq plan hazırlamağa çağırıb.

APA - nın “Walesonline” saytına istinadən verdiyi məlumata görə, C. Kerri BMT Baş Assambleyası ərəfəsində sözügedən planın hazırlanmasını vacib hesab etdiyini bildirib.

C. Kerri gələcək fəaliyyətdə işbirliyinin əhəmiyyətini qeyd edib: “Bizim texnologiyamız var, biz bilirik nəyi necə etmək lazımdır. Biz koalisiya yaratmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR