Ermənilər Azərbaycanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib

Ermənilər Azərbaycanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib
# 27 fevral 2013 16:06 (UTC +04:00)

Axşam radələrində isə səfirlik tərəfindən Varşavanın Müstəqillik Muzeyinin böyük zalında Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş “Azərbaycan müstəqillik yolunda” adlı tədbir keçirilib. Səfirliyin apardığı geniş təşviqat işi nəticəsində tədbirə böyük maraq göstərilib. 120 nəfərlik zal tamamilə dinləyicilərlə dolmuş, əlavə oturacaqlar təşkil olunub, o cümlədən 40-dək adam çıxışçıları ayaq üstə dinlənib. İştirakçılar arasında müəllimlər, tələbələr, müxtəlif təşkilatların nümayəndələri, jurnalistlər, Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Polşada təhsil alan azərbaycanlı gənclər olub.

Tədbirdə “Azərbaycan Mədəniyyət Mərkəzinin” sədri Şəhla Kazımova, dünya şöhrətli polyak alimi, Kolumbiya və Varşava Universitetlərinin professoru Tadeuş Sventaxovski və Varşava Universitetinin aspirantı Natalia Konarjevska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda çıxışlar ediblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov geniş çıxış edib və Azərbaycanın tarixi, Azərbaycan xalqının müstəqillik yolunda çəkdiyi əziyyətlər, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən ətraflı söhbət açmışdır və tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonra tədbir iştirakçıları Xocalı faciəsinin əks olunduğu sərgiyə baxıb və onlara Azərbaycan həqiqətlərini əks elətdirən və Azərbaycanı təbliğ edən 20 adda polyak dilində Səfirlik tərəfindən nəşr olunan kitablar və açıqcalar təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR