Ceyms Mettis: “İrana qarşı sanksiyalar işləmir”

Ceyms Mettis: “İrana qarşı sanksiyalar işləmir”
# 06 mart 2013 13:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə Tehrana qarşı tətbiq edilən diplomatik və iqtisadi sanksiyalar işləmir”. APA-nın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Ceyms Mettis deyib.

O bildirib ki, sanksiyalara baxmayaraq, İranın nüvə sənayesinin inkişafı davam edir: “Tehran müzakirələrlə vaxt qazanmağa çalışır. Lakin buna baxmayaraq, biz bu ölkə ilə nüvə müzakirələrinə davam etməliyik. Şəxsən İranın nüvə proqramına görə dünya ölkələrindən diplomatik cəhətdən təcrid edilməsini tam dəstəkləyirəm. Tehrana qarşı təzyiq göstərməyin bir çox başqa yolları da var. Lakin hesab edirəm ki, biz sanksiyalar siyasətinə davam etməli, eyni zamanda da əlavə variantları diqqətdə saxlamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR