Dünya fond bazarlarında əksər səhmlər ucuzlaşıb

Dünya fond bazarlarında əksər səhmlər ucuzlaşıb
# 24 mart 2015 07:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 18 116,04 bəndədək, S&P 500 0,17% - 2 104,42 bəndədək, NASDAQ 0,31% - 5 010,97 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,22% - 7 037,67 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,65% - 5 054,52 bəndədək, Almaniya DAX-ı 1,19% - 11 895,84 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,11% - 19 732,16 bəndədək, Hang Seng 0,35% - 24 408,93 bəndədək, Shanghai 0,49% - 3 669,72 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,30 dollar ucuzlaşaraq 1 186,40 dollara, gümüş isə 0,09 dollar azalaraq 16,88 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR