Zaqatalanın Azərbaycanın Folklor Paytaxtı elan edilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib

Zaqatalanın Azərbaycanın Folklor Paytaxtı elan  edilməsi ilə əlaqədar  təqdimat  mərasimi keçirilib
# 05 mart 2013 16:59 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Zaqatalada “Zaqatala-Azərbaycanın Folklor Paytaxtı-2013” elan edilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Zaqatala rayon İcra Hakimiyyəti (İH) aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Zaqatala bu il Azərbaycanın Folklor Paytaxtı elan olunub. Bu münasibətlə Rayon Mədəniyyət evində keçirilən təqdimat mərasimində ilk olaraq Zaqatalanın tarix və bu gününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş etdirilib. Bildirilib ki, bu gün Zaqatalada bir çox azsayı xalqların nümayəndələri yaşayır və folklor ili çərçivəsində onların maddi-mədəniyyət nümunələri dünyaya tanıdılacaq. Təqdimat mərasimində rayon incəsənət məktəbinin, eləcə də kənd mədəniyyət evlərinin yaradıcı kollektivləri qədim musiqi alətlərinin müşayiəti ilə müxtəlif musiqi nömrələri ifa edib. Eyni zamanda bölgənin, xüsusən Zaqatalada yaşayan xalqların milli adət-ənənələri, folklor nümunələri nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR