Əhməd Davudoğlu: “Ümid edirəm ki, Acarıstanda daha bir məscid tikiləcək”

Əhməd Davudoğlu: “Ümid edirəm ki, Acarıstanda daha bir məscid tikiləcək”
# 28 mart 2013 13:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Ümid edirəm ki, Acarıstanda daha bir məscid tikiləcək”. APA-nın “Novosti Qruziya” xəbər agentliyinə istinadən xəbərinə görə, bu barədə bu gün Batumidə Gürcüstan və Azərbaycan XİN rəhbərləri ilə birgə keçirdiyi brifinqdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Acarıstanda 100 min müsəlman yaşayır və onlar Gürcüstan vətəndaşları olaraq yeni məscidin tikilməsini istəyirlər: “Gürcüstanın baş naziri Bidzina İvanişvili bu məsələni öz nəzarətinə götürüb. Gürcüstan vətəndaşı olan müsəlmanlar yeni bir məscidin tikilməsində ehtiyac duyurlar. Ümid edirəm ki, bu məsələ həll olunacaq”.

Ə.Davudoğlu əlavə edib ki, Türkiyə tərəfi ölkə ərazisində yerləşən gürcü mədəniyyət abidələrinin bərpasını öz üzərinə götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR