Şəkidə axtarışda olan şəxs saxlanılarkən üzərindən heroin götürülüb

Şəkidə axtarışda olan şəxs saxlanılarkən üzərindən heroin götürülüb
# 14 may 2015 20:54 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə axtarışda olan şəxs həbs edilib. Şəki rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 128-ci (qəsdən sağlamlığı yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Şəki şəhər sakini, 1978-ci il təvəlüdlü Zaur Əlövsət oğlu Ələkbərov şəhər ərazisində saxlanılıb. Zaur Ələkbərov saxlanılan zaman hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış aparılarkən 2, 741 qram ağır narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR