“Unibank” kredit komissiyalarını aşağı salıb

“Unibank” kredit komissiyalarını aşağı salıb
# 10 iyul 2015 07:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Unibank” istehlak kreditləri üzrə komissiya xərclərini azaldıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, banka müraciət edən müştərilər həm manat, həm də dollar valyutasında kreditləri 1%-lik komissiya xərci ilə əldə edə bilirlər.

“Unibank”ın nağd kreditlər üzrə illik faiz dərəcələri də çox sərfəli olub. Kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq 23% ilə 32% aralığında dəyişə bilər.

Hazırda “Unibank”da “0% komissiyalı kredit” kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR